​P.Siyarto: "İranda əməkdaşlıq Macarıstan və Azərbaycan şirkətləri üçün faydalı ola bilər"

​P.Siyarto: "İranda əməkdaşlıq Macarıstan və Azərbaycan şirkətləri üçün faydalı ola bilər" "Biz İran üzərindən sanksiyaların götürülməsindən razıyıq"
Biznes
6 Mart , 2016 15:08
​P.Siyarto: İranda əməkdaşlıq Macarıstan və Azərbaycan şirkətləri üçün faydalı ola bilər

Bakı. 6 mart. REPORT.AZ/ "İran bazarında əməkdaşlıq həm macar, həm də Azərbaycan şirkətləri üçün faydalı ola bilər".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O xatırladıb ki, ötən ilin dekabrında Macarıstandan olan nümayəndə heyəti İrana səfər edib. P.Siyarto İran üzərindən sanksiyaların götürülməsindən məmnun oduqlarını ifadə edib.

Bundan əvvəl Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes-forumunda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, İranda işləyən Azərbaycan şirkətləri macar tərəfdaşlarına qonşu ölkədə biznes qurmaq işində köməklik göstərə bilər.

Son xəbərlər

Orphus sistemi