Bakı. 6 mart. REPORT.AZ/ "İran bazarında əməkdaşlıq həm macar, həm də Azərbaycan şirkətləri üçün faydalı ola bilər".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
O xatırladıb ki, ötən ilin dekabrında Macarıstandan olan nümayəndə heyəti İrana səfər edib. P.Siyarto İran üzərindən sanksiyaların götürülməsindən məmnun oduqlarını ifadə edib.
Bundan əvvəl Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes-forumunda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, İranda işləyən Azərbaycan şirkətləri macar tərəfdaşlarına qonşu ölkədə biznes qurmaq işində köməklik göstərə bilər.