Mürsəl Rüstəmov "Caspian Energy Germany"nin baş icraçı direktoru təyin olunub

Mürsəl Rüstəmov "Caspian Energy Germany"nin baş icraçı direktoru təyin olunub Bakı. 27 avqust. REPORT.AZ/ Mürsəl Rüstəmov Caspian Energy Germany şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Biznes
27 Avqust , 2018 15:15
Mürsəl Rüstəmov Caspian Energy Germanynin baş icraçı direktoru təyin olunub
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Mürsəl Rüstəmov "Caspian Energy Germany" şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunub.

"Caspian Energy Club"dan "Report"a verilən məlumata görə, bu barədə məlumatı klubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev  bildirib.

Onun sözlərinə görə, "Caspian Energy Germany" Almaniya ərazisində "Caspian European Club", "Caspian American Club", "Caspian Asian Club" və "Caspian Energy International Media Group"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək.

M.Rüstəmov 2 iyul 1981-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə magistratura pillələri üzra fərqlənmə ilə bitirib, hüquq sahəsində ali təhsil alıb, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirərək iqtisadiyyat üzrə ali təhsilə yiyələnib.

M.Rüstəmov 2006-cı ilin iyul ayına kimi maliyyə və investisiyalar üzrə məsləhət xidmətləri göstərən "MP Consulting" şirkətində hüquqşünas vazifəsində çalışıb. Daha sonra "PAŞA Sığorta ASC-də sığorta hadisələri va hüquqi təminat üzrə mütəxəssis, koordinator və direktor vəzifələrində işləyib, 2009-cu ilin aprel ayından həmin şirkətdə Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2010-cu ilin dekabr ayından 2017-ci ilin fevral ayınadək "PAŞA Həyat Siğorta" ASC-nin idarə Heyətinin sədri vəzifəsində çalışıb. Hazırda "Pozitiv Konsaltinq" MMC-nin direktoru və rəhbəri, 26 fevral 2013-cü ildən isə ATİB İdarə Heyətinin sədr müavinidir. Mürsəl Rüstəmov evlidir və iki övladı var.

M.Rüstəmov ona göstərilən etimadı doğrultmaq, Azərbaycan və Almaniyanın özəl sektoru arasında ticari-iqtisadi əlaqələrin inkişafına kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayıb. 

O, "Caspian Energy Germany" Xəzər-Qara dəniz regionu şirkətlərinin Almaniya bazarına, alman şirkətlərinin Xəzər-Qara dəniz regionuna çıxışı məqsədilə onları məlumatlandıracağını və kömək edəcəyini qeyd edib.

Sıralarında dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən "Caspian European Club" Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy İnternational Media Group"un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Son xəbərlər

Orphus sistemi