İqtisadiyyat naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Şəmkirdə vətəndaşları qəbul edəcək Qəbul sentyabrın 23-də keçiriləcək
Biznes
22 Sentyabr , 2016 12:17
İqtisadiyyat naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sabah İqtisadiyyat naziri Şahin Mustafayev Şəmkirdə Tovuz, Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, vətəndaşqəbulu saat 11:00-da, Şəmkirdəki Heydər Əliyev Mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5 ünvanında) baş tutacaq. 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi