Yuxarı

İqtisadiyyat naziri Aİ-nın nümayəndə heyəti ilə görüşüb

İqtisadiyyat naziri Aİ-nın nümayəndə heyəti ilə görüşüb
Dinlə

Bakı. 1 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini Lük Devin ilə görüşüb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələrinin inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, Azərbaycan və Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, “2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” kimi mühüm sənədlər imzalanıb. Bununla yanaşı, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlığa dair ikitərəfli sazişlər də mövcuddur. Ölkəmiz Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. 2017-ci ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 42% təşkil edib. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1 500-dən çox şirkəti fəaliyyət göstərir. Bnununla belə, Azərbaycan Aİ ilə əməkdaşlığın davamlı olaraq genişlənməsində maraqlıdır.

Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini Lük Devin Azərbaycan iqtisadiyyatının inkişafı, ölkəmizdə işgüzar fəaliyyətin yaxşılaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni ikitərəfli Sazişə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi