İnvestisiya təşviqi sənədi verilən layihələrə 1 mlrd. dollardan çox investisiya qoyulacaq

İnvestisiya təşviqi sənədi verilən layihələrə 1 mlrd. dollardan çox investisiya qoyulacaq Ötən il qeyri-neft iqtisadiyyatı 2015-ci ilə nisbətən 5% artıb
Biznes
15 Fevral , 2017 12:21
İnvestisiya təşviqi sənədi verilən layihələrə 1 mlrd. dollardan çox investisiya qoyulacaq

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanda ötən il qeyri-neft sektoru 2015-ci ilə nisbətən 5% inkişaf edib. 

"Report" xəbər verir ki, bunu bu gün "Özəlləşdirmə sahəsində investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini qeyd edib ki, sahibkarlara ümumilikdə 106 investisiya təşviqi sənədi verilib: "Ötən il 88-i hüquqi şəxs, qalanı isə fərdi sahibkar olmaqla, ümumilikdə 106 sahibkara investisiya təşviqi sənədi verilib. Bu təşviq sənədləri qeyri-neft iqtisadi sahələrini əhatə edir. Bu layihələrə uyğun olaraq, ümumilikdə 1 mlrd. dollardan çox investisiya yatırılması, 7 mindən çox iş yerinin açılması nəzərdə tutulur". 

"Sumqayıt Kimya Sənaye Parkına da 1 mlrd. dollar sərmayə yatırılması planlaşdırılır ki, ümumilikdə 2 minə qədər yeni iş yerləri açılması nəzərdə tutulur. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 9 rezident fəaliyyət göstərir", - N.Səfərov əlavə edib.

Son xəbərlər

Orphus sistemi