​EBRD Bakı limanında azad ticarət zonasının yaradılması təklifinə baxmağa hazırdır

​EBRD Bakı limanında azad ticarət zonasının yaradılması təklifinə baxmağa hazırdır Suma Çakrabarti: "Buna bir neçə ay vaxt lazımdır"
Biznes
25 May , 2016 11:23
​EBRD Bakı limanında azad ticarət zonasının yaradılması təklifinə baxmağa hazırdır

Bakı. 25 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Bakı limanında azad ticarət zonasının yaradılması ilə bağlı Azərbaycan tərəfinin təklifinə baxmağa hazırdır. "Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan EBRD-nin prezidenti Sir Suma Çakrabarti bugünkü mətbuat-konfransında bildirib: "Bunun üçün bir neçə ay vaxt lazımdır".

S.Çakrabartinin sözlərinə görə, Bank Ələt qəsəbəsinin iqtisadi durumu ilə də maraqlanır: "Biz Prezident İlham Əliyev və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəndə bu barədə müzakirələr aparmışıq. Düşünürəm ki, bu maliyyələşmənin iqtisadi tərəflərinə də baxmalıyıq. Həmçinin Ələt qəsəbəsinin iqtisadi vəziyyətini araşdırmalıyıq. Bunun üçün bizə bir neçə ay lazımdır".

Son xəbərlər

Orphus sistemi