​Dövlət Gömrük Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib

​Dövlət Gömrük Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb
Biznes
2 Fevral , 2016 18:00
​Dövlət Gömrük Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev BMT-nin baş katibinin müavini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Şamşad Axtarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

DGK sədri BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası ilə əməkdaşlıqdan, bu təşkilatın keçirdiyi treninqlərdə Azərbaycan gömrük xidməti əməkdaşlarının iştirakından söhbət açıb, əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

A.Əliyev eyni zamanda 1999-cu ildən icrasına başlanılan BMTİP və Azərbaycan hökuməti arasında "DGK-nin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması Layihəsi"nin uğurla davam etdiyini xatırladıb, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

BMT-nin İqtisadi Komissiyasının icraçı katibi Ş.Axtar rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, eləcə də Azərbaycan gömrük xidməti ilə əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi