Yuxarı

Dövlət Gömrük Komitəsi hökumətə müraciət edib

Yerli istehsalçıları qorumaq məqsədi ilə gömrük rüsumlarının artırılması nəzərdə tutulub

Bakı. 29 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) gömrük siyasəti ilə bağlı bəzi qanunvericilik aktlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət edib. Bunlardan birincisi bəzi gömrük rüsumlarının dəyişdirilməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK-nin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, daxili istehsalı stimullaşdırmaq və yerli istehsalçıları qorumaq məqsədi ilə gömrük rüsumlarının artırılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi