Yuxarı
    Bağlamaq

    DGK sədri türk iş adamının "Sınıq Körpü"dəki vəziyyətlə bağlı təklifinə münasibət bildirib

    Aydın Əliyev:  O adama xatırlatmaq istəyirəm ki, bəzən günlərlə, həftələrlə Sarp qapısında maşınlar dayanır© Report.az

    Bakı. 8 may. REPORT.AZ/ "Təklif edirəm ki, hər bir iş adamı yalnız öz ölkəsinin xidmətinin təkmilləşdirilməsi barədə təkliflərini versin. Bu gün Azərbaycanda gömrük qanunvericiliyi kifayət qədər sadələşdirilib, lazım olan avadanlıqlarla kifayət qədər təchiz olunmuşuq". 

    "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev türk iş adamlarının "Sınıq Körpü" gömrük-keçid məntəqəsində keçid prosesinin sadələşdirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, həmin iş adamı Türkiyədəki problemlərlə daha çox maraqlanmalıdır: "O adama xatırlatmaq istəyirəm ki, bəzən günlərlə, həftələrlə Sarp qapısında maşınlar dayanır. Bu gün Azərbaycanın narkotranzit ölkə olmaq ehtimalı var. Keçən il bizim apardığımız uğurlu əməliyyatlar bunu sübut edir. Bu il də biz kifayət qədər narkotik vasitə aşkar edərək müsadirə etmişik. Bir neçə gündən sonra Azərbaycanda islam Oyunları və digər böyük tədbirlər keçiriləcək. Yaddan çıxarmamalıyıq ki, gömrük orqanlarının funksiyaları iqtisadi təhlükəsizlikdən ümumi təhlükəsizliyə qədər artıb. Biz özümüz bilirik ki, gömrük nəzarətini hansı şəkildə həyata keçiririk".

    Xatırladaq ki, sözügedən təkliflə ötən həftə Bakıda səfərdə olan Şərqi Qara Qəniz İxracatçılar Birliyinin rəhbəri Ahmet Hamdi Gürdoğan çıxış edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi