Yuxarı

Qırğızıstanda qızıl yataqlarının işlənilməsinə dair hərrac keçiriləcək

Azərbaycan sahibkarları da hərracda iştiraka dəvət olunub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Qırğızıstan hökuməti yanında Dövlət Geologiya və Mineral Resurslar Agentliyi "Çakuşskoye" qızıl yataqlarının işlənilməsinə dair hərracın keçirilməsini elan edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “Report”a verilən məlumata görə, hərrac oktyabrın 19-da Qırğızıstanın Batken rayonu Dövlət Administrasiyasının binasında keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də hərracda iştiraka dəvət olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi