Bakı. 29 sentyabr. REPORT.AZ/ Qırğızıstan hökuməti yanında Dövlət Geologiya və Mineral Resurslar Agentliyi "Çakuşskoye" qızıl yataqlarının işlənilməsinə dair hərracın keçirilməsini elan edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “Report”a verilən məlumata görə, hərrac oktyabrın 19-da Qırğızıstanın Batken rayonu Dövlət Administrasiyasının binasında keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də hərracda iştiraka dəvət olunublar.