Bu il Gürcüstandan Azərbaycana ixracat 96,5 faiz artıb

Bu il Gürcüstandan Azərbaycana ixracat 96,5 faiz artıb Tbilisi. 19 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 942 mln. 857,9 min dollar təşkil edib.
Biznes
19 Dekabr , 2018 11:32
Bu il Gürcüstandan Azərbaycana ixracat 96,5 faiz artıb

Tbilisi. 19 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 942 mln. 857,9 min dollar təşkil edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Sənədə əsasən, bu ilin ilk 11 ayı ərzində qonşu ölkənin ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 8,3% təşkil edib.

Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın 4-cü ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 96,5% artaraq 435 mln. 846 min dollar təşkil edib. Gürcüstanın ümumi ixracının 14,4%-i Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın birinci ən böyük ixrac tərəfdaşı olub.

Azərbaycandan isə Gürcüstana 507 mln. 011,9 min dollar dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 6,8% çoxdur. Azərbaycan Gürcüstanın ümumi idxalında 6,1% paya sahib olmaqla, qonşu ölkənin 4-cü əsas idxal tərəfdaşı olub.

Bu ilin ilk 11 ayı ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 18,6% artaraq 11 mlrd. 324,7 mln. dollar təşkil edib. Qonşu ölkənin ixracı 3 mlrd. 033,5 mln. dollar (+24%), idxalı isə 8 mlrd. 291,2 mln. dollar (+16,8%) dəyərində olub. 

Son xəbərlər

Orphus sistemi