“Bakıtikişsənaye”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Bakıtikişsənaye”nın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncaqda cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinə baxılacaq
Biznes
18 Mart , 2017 15:20
“Bakıtikişsənaye”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 18 mart. REPORT.AZ/ İyunun 2-də, saat 16:00-da “Bakıtikişsənaye” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, H.Əliyev küçəsi, 1008-ci məhəllədəki binada olacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi). 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, təşkilati məsələlər (Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinə baxılması) və s. məsələlər daxildir.

Xatırladaq ki, “Bakıtikişsənaye” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 340 750 manatdır. 

Son xəbərlər

Orphus sistemi