Bakı. 18 mart. REPORT.AZ/ İyunun 2-də, saat 16:00-da “Bakıtikişsənaye” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, H.Əliyev küçəsi, 1008-ci məhəllədəki binada olacaq.
Yığıncağın gündəliyinə cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi). 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, təşkilati məsələlər (Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinə baxılması) və s. məsələlər daxildir.
Xatırladaq ki, “Bakıtikişsənaye” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 340 750 manatdır.