Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 22% azalıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 22% azalıb Azərbaycana idxal olunan məhsulların 24%-i məhz MDB ölkələrinin payına düşür
Biznes
20 İyun , 2016 10:19
Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 22% azalıb

Bakı. 20 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycandan MDB ölkələrinə ümumilikdə 231,909 mln. ABŞ dolları həcmində məhsul ixrac olunub. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,6% artıb. İdxal isə əksinə 11% azalaraq cari ilin ilk beş ayı ərzində 786,497 mln. dollara enib. Beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsində 554,588 mln. dollarlıq mənfi saldo yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% azalma deməkdir.

Hesabata əsasən, ölkə üzrə cəmi ixracın 7,6%-i, idxalın isə 23,6%-i məhz MDB ölkələrinin payına düşüb.

MDB ölkələrindən Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tackisitan, Türkmənistan və Ukraynaya ixrac artıb, Özbəkistan və Rusiyaya isə azalıb. İdxalda isə Qazaxıstan, Qırğızıstan üzrə artım, digərlərində isə azalma qeydə alınıb.

Azərbaycanın MDB-də əsas ticarət tərəfədaşı olan Rusiya ticarət dövriyyəsinin həcminə görə ölkələrin ümumi siyahısında İtaliyadan sonra ikincidir. Ölkə üzrə cəmi ticarətin 11,6%-i və ya 739,788 mln. dolları Rusiyanın payına düşüb. Xatırladaq ki, Rusiya ixracda 8-ci, idxalda isə 1-ci olub. İxracın 130,189 mln. dolları və ya 4,27%-i, idxalın isə 609,599 mln. dolları və ya 18,3%-i məhz RF-nin payına düşüb.

Son xəbərlər

Orphus sistemi