Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 13,323 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
12 İyul , 2018 12:47
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb

Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 13,323 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,5% çoxdur.

6 aylıq ticarət dövriyyəsinin 8,662 mlrd. dolları ixracın, 4,660 mlrd. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 64,4%, idxal isə 36,7% artıb.

Beləliklə, xarici ticarətdə 4,002 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi