Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi dinamika müşahidə edilib.
Bu ilin 7 ayında spirtli və spirtsiz içkilər ümumi ixracın 1,67%-ni təşkil edib.
Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 31 311,12 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 10 906,77 min dollar, yaxud 25,84% azdır. Nəticədə bu məhsulların ölkənin ümumi idxalında payı 0,59% təşkil edib.