Yuxarı

Azərbaycandan MDB-yə ixrac 45% azalıb

Ticarət dövriyyəsinin həcmi 14% azalaraq 1 mlrd. 797 mln. dollara enib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi illik 13,67% azalaraq cari ilin yanvar-sentyabr ayları ərzində 1 mlrd. 796,8 mln. dollar təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac illik 44,8% azalaraq 344 mln. dollar, idxal isə 0,39% azalaraq 1 mlrd. 452,8 mln. dollar olub. Nəticədə ölkə üzrə məcmu ixracın 3,92%-i, idxalın isə 22,08%-i MDB ölkələrinin payına düşüb.

MDB ölkələri ilə ticarət dövriyyəsində əsas paya malik olan Rusiyaya ixrac 42,54% azalaraq 270,2 mln. dollar, idxal isə əksinə 19,3% artaraq 1 mlrd. 71,1 mln. dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,72% azalaraq 15 mlrd. 348,5 mln. dollar olub. Bunun da 6 mlrd. 578,5 mln. dolları idxal, 8 mlrd. 769,9 mln. dolları ixrac əməliyyatlarının payına düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi