Azərbaycandan bir sıra istiqamətlərə çarter və mütəmadi reyslər açılacaq

Azərbaycandan bir sıra istiqamətlərə çarter və mütəmadi reyslər açılacaq Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycandan bir sıra istiqamətlərdə çarter reyslərlə yanaşı, mütəmadi reyslər də açılacaq.
Biznes
6 Oktyabr , 2018 09:59
Azərbaycandan bir sıra istiqamətlərə çarter və mütəmadi reyslər açılacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycandan bir sıra istiqamətlərdə çarter reyslərlə yanaşı, mütəmadi reyslər də açılacaq. 

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.

O bildirib ki, sözügedən məsələ ilə bağlı Asiya istiqamətində danışıqlar yekunlaşmaq üzrədir: "Hindistan istiqamətində reyslərin açılması gözlənilir. Qərbi və Mərkəzi Avropa ölkələrinə - İsveçrə, Almaniya, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir və gözlənilir. Əsas məqsəd Azərbaycanı daha da yaxın etmək və turistlərin həmin ölkələrdən Azərbaycana birbaşa uçuşlarla gəlməsini təmin etməkdir. Azərbaycan turizmi üçün yeni bazarlar açılır, yəni həmin istiqamətlərdən insanlar bura cəlb edilir".

Bu gün 10-dan çox bazarda marketinq işlərinin aparıldığını vurğulayan K.Quluzadə bildirib ki, bu istiqamətlərdə 2018-ci ilin sonuna qədər Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq. "İlk belə nümayəndəliyin Rusiyada olacağı gözlənilir. Bununla da həmin ölkələrdə Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq. Bu, Azərbaycandan həmin ölkələrə turistlərin birbaşa getməsi üçündür. Lakin bu, həm də ora gedən turistlər vasitəsilə ölkəmizə marağı artırmaq, nümayəndəliklərimizi açıb Azərbaycanı təbliğ etmək və ölkəmizə gətirmək üçün də önəmlidir. Yəni hər iki tərəf bundan qazanc əldə edəcək", - agentliyin nümayəndəsi əlavə edib.

Son xəbərlər

Orphus sistemi