Azərbaycanda İnnovasiya Müsabiqəsinin təşkilinə dair memorandum imzalanıb

Azərbaycanda İnnovasiya Müsabiqəsinin təşkilinə dair memorandum imzalanıb Bakı. 21 dekabr. REPORT.AZ/ Bir sıra dövlət qurumları arasında anlaşma memorandumu imzalanıb. Report xəbər verir ki, memorandum Respublika innovasiya müsabiqəsinin təltifetmə mərasimində imzalanıb.
Biznes
21 Dekabr , 2017 12:19
Azərbaycanda İnnovasiya Müsabiqəsinin təşkilinə dair memorandum imzalanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bir sıra dövlət qurumları arasında anlaşma memorandumu imzalanıb. "Report" xəbər verir ki, memorandum "Respublika innovasiya müsabiqəsinin təltifetmə mərasimi"ndə imzalanıb.

Memorandumu İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirilikləri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və AMEA imzalayıb.

Memorandumun məqsədi innovasiyalar sahəsində fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə hər il keçirilən İnnovasiya Müsabiqəsinin təşkil edilməsidir. Memorandumu iqtisadiyyat naziri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "ASAN Xidmət"in rəhbəri İnam Kərimov və AMEA-nın prezidenti Akif Əlizadə imzalayıblar.

Son xəbərlər

Orphus sistemi