Bakı. 21 dekabr.
Memorandumu İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirilikləri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və AMEA imzalayıb.
Memorandumun məqsədi innovasiyalar sahəsində fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə hər il keçirilən İnnovasiya Müsabiqəsinin təşkil edilməsidir. Memorandumu iqtisadiyyat naziri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "ASAN Xidmət"in rəhbəri İnam Kərimov və AMEA-nın prezidenti Akif Əlizadə imzalayıblar.