Azərbaycan və Braziliya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edir

Azərbaycan və Braziliya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edir Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının da iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Biznes
15 Noyabr , 2017 18:24
Azərbaycan və Braziliya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edir

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının da iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Ş.Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, iki ölkə arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan-Braziliya ticarət və investisiyalar üzrə hökumətlərarası işçi qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Ş.Mustafayev kənd təsərrüfatı, ticarət, investisiya qoyuluşu, turizm, İKT, enerji və s. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci il yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 5% artıb və ticarət əlaqələrinin genişləndirilməsi üçün ixrac potensialı olan məhsullar müəyyən edilməlidir. Braziliya şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarında və aqroparklarda investor qismində iştirak edə, kənd təsərrüfatı məhsullarının birgə istehsalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər. İqtisadiyyat naziri 2018-ci ilin mart ayında iş adamlarının da təmsil olunacağı Azərbaycan nümayəndə heyətinin Braziliyaya səfər edəcəyini diqqətə çatdırıb.

A.Nunes ilk dəfə olaraq Azərbaycana səfər etdiyini qeyd edib. Onun sözlərinə görə, beynəlxalq arenada ölkələr bir-birini dəstəkləyir, hər iki ölkədə səfirliklər fəaliyyət göstərir. Qonaq Azərbaycanın regionun aparıcı dövlətlərindən olduğunu və xarici iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Braziliya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün lazımi şəraitin yarandığını bildirən nazir hüquqi çərçivənin genişləndirilməsi və sadələşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Braziliya iqtisadiyyatı, aparılan iqtisadi islahatlar barədə məlumat verən braziliyalı nazir iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, ölkəsinə investisiya qoyuluşunda maraqlı olduqlarını qeyd edib, azərbaycanlı iş adamlarını Braziliyaya dəvət edib.

Sonra görüşdə iştirak edən Azərbaycan iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti və Braziliya ilə əməkdaşlıq imkanları barədə məlumat veriblər. 

Son xəbərlər

Orphus sistemi