Yuxarı
    Bağlamaq

    Azərbaycan kənd təsərrüfatı məhsullarının Tacikistana ixracı imkanları müzakirə edilib

    Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Tacikistana səfərinin təşkili təklif olunur

    Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-Tacikistan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyevlə görüşüb.

    Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

    Qeyd edilib ki, Azərbaycan və Tacikistan ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş olduğu, tranzit, kənd təsərrüfatı sahələrində əməkdaşlığın, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Tacikistana ixracının, Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Tacikistana səfərinin təşkilinin, yerli şirkətlərin Tacikistanda həyata keçirilən layihələrdə iştirakının ölkələr arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb və bu məsələlərin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

    Görüşdə Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə də iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi