Azərbaycan aqrar məhsulların idxalını 17% azaldıb

Azərbaycan aqrar məhsulların idxalını 17% azaldıb Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev: "Ötən ilə nisbətən bu il ixrac 73% artıb"
Biznes
6 Aprel , 2017 09:56
Azərbaycan aqrar məhsulların idxalını 17% azaldıb
Report.az

Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin ilk üç ayında aqrar məhsulların idxalı 17% azalıb. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Gömrük Xidmətinin rəsmiləri ilə meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiya ərazisinə keçirilməsi məsələləri ilə bağlı Bakıda keçirilən danışıqlarda deyib.

A.Əliyev, həmçinin ixracın artıdığını deyib: "Ötən ilə nisbətən bu il ixrac 73% artıb. Məhsullarımız təkcə Rusiya deyil, Ukrayna və Qazaxıstana ixrac edilir".

Komitə sədri Azərbaycan fındığının isə daha uzaq ölkələrə göndərildiyini deyib: "Azərbaycanda quru meyvələrin hazırlanması üçün avadanlığın alınmasına 150 mln. manat güzəştli kredit verilib. Ölkədən ixrac edilən bütün məhsullar yoxlanır. Yalnız ötən ilin əvvəlində 300 kq-a qədər Türkiyə pomidoru Rusiya ilə sərhəddə saxlanılıb".

Son xəbərlər

Orphus sistemi