2014-2018-ci illərdə regionların inkişafına 24 mlrd. manatdan çox investisiya qoyulub

2014-2018-ci illərdə regionların inkişafına 24 mlrd. manatdan çox investisiya qoyulub Bakı. 29 yanvar. REPORT.AZ/ “Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 mlrd. manat investisiya qoyuluşu həyata keçirilib.
Biznes
29 Yanvar , 2019 13:11
2014-2018-ci illərdə regionların inkişafına 24 mlrd. manatdan çox investisiya qoyulub
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 29 yanvar. REPORT.AZ/ “Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 mlrd. manat investisiya qoyuluşu həyata keçirilib.

“Report”un məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev proqramın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro və kiçik sahibkarlığın inkişafı üçün xeyli işlər görülüb, kənd təsərrüfatı məhsulları istehsalçıları vergidən azad olunub. Tez xarab olan aqrar məhsulların daha tez ixrac edilməsi üçün “Yaşıl dəhliz” mexanizmi həyata keçirilib.

Nazir onu da bildirib ki, bu illər ərzində Azərbaycandan 24 ölkəyə ixrac missiyası təşkil edilib. Bu missiyalar çərçivəsində 104,2 mln. manatlıq məhsul ixrac edilib. İş adamlarına 333 investisiya təşviqi sənədi verilib. 

Son xəbərlər

Orphus sistemi