“Zəyəm Texnologiyalar Parkı”nın Müşahidə Şurası yenidən formalaşdırılacaq

Biznes
  • 15 mart, 2022
  • 05:12
“Zəyəm Texnologiyalar Parkı”nın Müşahidə Şurası yenidən formalaşdırılacaq

Aprelin 29-da, saat 11:00-da “Zəyəm Texnologiyalar Parkı” ASC-nin (ZTP) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Səməd Vurğun küçəsi, 24 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Onun nizamnamə kapitalı 305 246 manatdır.

44 filmi