Yusif Abdullayev: "Rusiya istiqamətində logistika üzrə subsidiyanın verilməsi nəzərdə tutulmayıb"

Biznes
  • 28 fevral, 2023
  • 12:17
Yusif Abdullayev: Rusiya istiqamətində logistika üzrə subsidiyanın verilməsi nəzərdə tutulmayıb

"Rusiya istiqamətində logistika üzrə subsidiyanın verilməsi nəzərdə tutulmayıb".

"Report"xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, mövcud bazara subsidiya tətbiq edilsə, 1 milyard ABŞ dollarlıq ixrac, 2 milyard ABŞ dolları olacaq: “Amma, ümumi ixrac ölkələrimizin sayı 9-dan 6-ya düşəcək. Bu tək bizdə baş vermir. Dünyanın hər bir yerində bu proses var. Məsələn, Kanada kimi inkişaf etmiş ölkə bu gün müəyyən həcmdə Kanada dolları ayırır ki, ABŞ-dan ixrac asıllığını aşağı düşsün. Çünki, ixracın 70 %-dən çoxu ABŞ-dır. Türkiyəyə də baxdıqda, 250 milyard dollarlıq ixracın 10-15 %-nin Almaniyaya olduğunu görərik".

Y.Abdullayev bildirib ki, aparılan araşdırmalarına görə, Körfəz ölkələləri, Asiya ölkələrində, bəzi Azərbaycan məhsullarına tələb var: "Məsələn, Avropa bazarlarında İtaliyaya 25-30 milyon ABŞ dollarından artıq fındıq ixracı artıq həyata keçirilib. Düşünürük ki, o bazarlarda bəzi kənd təsərrüfatı məhsulları rəqabətli deyil”.

O qeyd edib ki, meyvə-tərəvəz məhsullarına Körfəz ölkələrində böyük tələbat var: “Ancaq logistikamız kifayət qədər mürəkkəb və bahalıdır. Hazırda ölkəmizdən 160-200 milyon ABŞ dollarına yaxın tomat və pomidor məhsulu Rusiyaya ixrac edilir. Bunun şaxələndirilməsi üçün başqa ölkələrdə də maraq yaratmaq lazımdır. Tətbiq edəcəyimiz subsidiyanın əsas məqsədi də elə bundan ibarətdir".

44 filmi