Yunanıstan Azərbaycana zərgərlik məmulatlarının ixracını bərpa edib
- 08 iyul, 2022
- 14:14
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 764,1 kiloqram zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,2 % azdır, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə İtaliyadan 2,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 20 % azalıb) 13 kiloqram (-37,4 %), Türkiyədən 572 min ABŞ dolları dəyərində (+43,4 %) 361,7 kiloqram (+26 %), İsveçrədən 548 min ABŞ dolları dəyərində (-55,3 %) 2,4 kiloqram (-28,4 %), Amerika Birləşmiş Ştatlarından 505 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 2,3 kiloqram (+22,2 %), Tailanddan 367,4 min ABŞ dolları dəyərində (+48,6 %) 74,7 kiloqram (+4,4 dəfə) məhsul gətirilib.
4 il 9 aylıq fasilənin ardından Yunanıstandan tədarük bərpa edilib. Azərbaycan bu ölkədən 60 min ABŞ dolları dəyərində 0,1 kiloqram zərgərlik məmulatları alıb.