"Yüksəliş" müsabiqəsinin iştirakçılarının sayı açıqlanıb

"Yüksəliş" müsabiqəsinin iştirakçılarının sayı açıqlanıb "Yüksəliş" müsabiqəsi gənclərə özlərini göstərmək üçün şans yaradır. İndiyə qədər müsabiqədə təxminən 13 500 nəfər iştirak edib.
Biznes
21 İyun , 2023 11:40
Yüksəliş müsabiqəsinin iştirakçılarının sayı açıqlanıb

"Yüksəliş" müsabiqəsi gənclərə özlərini göstərmək üçün şans yaradır. Bu il müsabiqədə təxminən 13 500 nəfər iştirak edib.

“Report” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.

"Müsabiqə üç mərhələdən ibarətdir. Nəticələr açıqlandıqdan sonra nazirlikdə qaliblərlə görüşürük. Qaliblər çox maraqlı insanlardır. Düşünürəm ki, bu müsabiqə inkişaf etdirilməlidir, çünki bizə lazımdır. Görürük ki, ölkədə nə qədər savadlı gənc var. Dövlət qurumları arasında əməkdaşlıq nəticəsində birlikdə hansısa nəticə əldə edə bilərik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi