Yaponiyanın Azərbaycandakı səfirliyində “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant yardım proqramı çərçivəsində Astara, Qazax, Ucar, Ağdaş, Zaqatala, Ağdam və Quba rayonlarında icra olunacaq ümumi məbləği 1 061 041 manat olan 7 layihənin qrant müqavilələri imzalanıb.
“Report” xəbər verir ki, dekabrın 16-da imzalanmış son müqavilələr də daxil olmaqla, sözügedən proqram çərçivəsində bu günədək imzalanmış 275 qrant müqavilədə nəzərdə tutulan yardımın ümumi məbləği 39,1 milyon manatdan çoxdur.
Tədbirdə səfir Cüniçi Vada bildirib ki, qrant yardımlarının səhiyyə xidmətlərinin təkmilləşməsinə, lazım olan sayda təhsil müəssisələrinin təmin edilməsinə, yerli əhalinin həyat şəraiti və rifah halının yaxşılaşdırılmasına töhfə verəcəyini ümid edirəm: "Bundan sonra müxtəlif sahələr üzrə yardımlar göstərilməsini nəzərdə tuturuq”.