Şahin Mustafayev: "Diqlas" Ticarət Mərkəzində yanğından zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbuluna başlanılıb"

Şahin Mustafayev: "Diqlas" Ticarət Mərkəzində yanğından zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbuluna başlanılıb" "Diqlas" ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlar 15 mln. manatadək kredit istəyiblər
Biznes
104
4 Aprel , 2019 14:20
Şahin Mustafayev: Diqlas Ticarət Mərkəzində yanğından zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbuluna başlanılıb
Report/Elchin Murad

"Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbuluna başlanılıb". 

"Report " xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 

Onun sözlərinə görə, sahibkarlara ödənişlər "Kapital Bank " və "Turan Bank" vasitəsilə həyata keçiriləcək. 

Nazir deyib ki, sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar bu maddi yardımdan xidmət haqqı tutmayacaqlar.  

Ş.Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib.

"Bu günə olan məlumata görə 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib və 14 -15 mln. manat məbləğində kreditin ödənilməsi ilə bağlı tələb ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarların İnkişaf Fondunda vəsait var. Hökumətdə yaradılmış komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi