Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb Bu gündən sahibkarlar investisiya layihələrini müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər
Biznes
30 Sentyabr , 2015 10:03
Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Qeyd edək ki, sahibkarlardan istixana, zeytunçuluq və üzümçülük (istixana şəratində) təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul edilir.

Son xəbərlər

Orphus sistemi