Xarici investorlar Azərbaycanda biznes qurmaq üçün problemləri açıqlayıblar

Xarici investorlar Azərbaycanda biznes qurmaq üçün problemləri açıqlayıblar İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hazırlanmış “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatı 32
Biznes
21 Dekabr , 2020 17:40
Xarici investorlar Azərbaycanda biznes qurmaq üçün problemləri açıqlayıblar

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hazırlanmış “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatı üçün 32 ölkədə fəaliyyət göstərən 450 şirkətə biznes sorğu göndərilib.

"Report" xəbər verir ki, həmin şirkətlərin 27 %-i Almaniya, 11 %-i Böyük Britaniya, 4 %-i Türkiyə, 7 %-i ABŞ, qalan 51 %-i isə digər ölkələri təmsil edib.

Sorğu iştirakçılarının 63 %-ni isə Azərbaycanda biznes fəaliyyəti olan şirkətlər təşkil edib. Rəyi soruşulanlar ölkəmizdə xarici investisiyalar üçün hələ də böyük potensialın olduğunu qeyd edib. Bununla belə, onlar iri dövlət müəssisələrinin özəlləşdirilməsinin və dövlət administrasiyasında institusional islahatlara diqqət yetirilməsini tövsiyə edib.

Sorğu iştirakçıları Azərbaycanda vergi və gömrük sahəsində atılan addımıarı ən uğurlu və səmərəli islahatlar kimi qiymətləndiriblər. Bununla belə, xarici investorlar əsas problemləri də sadalayıb - valyuta riski və sərt valyuta qaydaları, bizneslə əlaqəli proseslərdə korrupsiya, tam ədalətli məhkəmə sisteminin və yüksək ixtisaslı yerli işçi qüvvəsinin olmaması.

Son xəbərlər

Orphus sistemi