Vergi Məcəlləsinin şikayətə baxılma maddəsi dəyişdirilir

Vergi Məcəlləsinin şikayətə baxılma maddəsi dəyişdirilir Bununla bağlı layihə parlamentin plenar iclasa tövsiyyə olunub
Biznes
17 Noyabr , 2016 16:02
Vergi Məcəlləsinin şikayətə baxılma maddəsi dəyişdirilir

Bakı. 17 noyabr. REPORT.AZ/ Vergilər Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub.

"Report"un verdiyi xəbərə görə, yenilik vergi orqanlarında şikayətə baxılma ilə bağlı maddəyə dəyişikliyin edilməsini nəzərdə tutur.

Dəyişikliklə "şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər" cümləsində "dayandıra bilər" sözü "dayandırır" sözü ilə əvəz olunacaq.

Son xəbərlər

Orphus sistemi