Uşaq geyimlərinin Azərbaycana idxalı zamanı ƏDV-nin yumşaldılması təklif edilir

Uşaq geyimlərinin Azərbaycana idxalı zamanı ƏDV-nin yumşaldılması təklif edilir Azərbaycana malların idxalı zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlətin verilməsi və idxal olunan uşaq geyimlərinə tətbiq edilən ƏDV-nin yumşaldılması təklif edilib.
Biznes
23 Sentyabr , 2022 12:25
Uşaq geyimlərinin Azərbaycana idxalı zamanı ƏDV-nin yumşaldılması təklif edilir

Azərbaycana malların idxalı zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlətin verilməsi və idxal olunan uşaq geyimlərinə tətbiq edilən ƏDV-nin yumşaldılması təklif edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyəti ilə Dövlət Vergi Xidmətinin nümayəndələri arasında keçirilən görüşdə qeyd edilib.

Bununla yanaşı, elektron ticarət platformalarından sifariş olunan malların və onları gətirən karqo şirkətləri üzərində nəzarətin gücləndirilməsi təklif olunur.

Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən bildirilib ki, geyim idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə belə görüşlərin keçirilməsi və Assosiasiya ilə qarşılıqlı əməkdaşlıq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi