UNDP: "Dayanıqlı inkişafı təmin etmək üçün səylərimizi birləşdirməliyik"

Biznes
  • 06 oktyabr, 2021
  • 07:23
UNDP: Dayanıqlı inkişafı təmin etmək üçün səylərimizi birləşdirməliyik
Alessandro Frakassetti

“Koronavirus (COVID-19) pandemiyası bütün dünyada, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafını ləngidib. Biz inkişafı təmin etmək üçün post-COVID dövründə səylərimizi birləşdirməliyik”.

“Report”un məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyinin rəhbəri Alessandro Frakassetti Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan höküməti iqtisadiyyatın ənənəvi sahələrini gücləndirmək, “yaşıl iqtisadiyyat”a nail olmaq üçün mühim addınlar atıb: “Bunun üçün Azərbaycanda görünməmiş fürsət yaranıb. Vahid Milli Maliyyələşdirmə Çərçivəsi xüsusi bir mexanizm olacaq ki, dayanıqlı inkişaf təmin edilsin".

Son xəbərlər

Bütün Xəbər Lenti