Ümumdünya Poçt İttifaqı ilə e-ticarət və poçt daşımalarının gələcək inkişafı müzakirə edilib

Biznes
  • 14 may, 2025
  • 21:10
Ümumdünya Poçt İttifaqı ilə e-ticarət və poçt daşımalarının gələcək inkişafı müzakirə edilib

Azərbaycan və Ümumdünya Poçt İttifaqı (UPİ) arasında E-ticarət və poçt daşımalarının gələcək inkişafı müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" səhifəsində yazıb.

"UPİ-nin Baş direktorunun müavini cənab Marjan Osvald ilə görüşdük. UPİ ilə əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi apardıq. E-ticarət və poçt daşımalarının gələcək inkişafını müzakirə etdik.

Həmçinin bu ilin 7-19 sentyabr tarixlərində Dubayda təşkil olunacaq 28-ci Konqres zamanı keçiriləcək seçkilərdə Azərbaycanın ÜPİ-nin İnzibati Şura və Poçt İstismarı Şurası üzvlüyünə namizədliyinin irəli sürüldüyünü qeyd etdik", - R.Nəbiyev qeyd edib.