Türkiyənin e-ticarət şirkətləri Azərbaycanda daha yüksək səviyyədə təmsil olunmaq niyyətindədir

Türkiyənin e-ticarət şirkətləri Azərbaycanda daha yüksək səviyyədə təmsil olunmaq niyyətindədir Türkiyədə e-ticarətlə məşğul olan demək olar ki, bütün konsernlər, şirkətlər və holdinqlər yaxın 2-3 il ərzində Azərbaycan bazarında daha yüksək səviyyədə təmsil olunmaq niyyətindədir.
Biznes
15 Mart , 2022 15:16
Türkiyənin e-ticarət şirkətləri Azərbaycanda daha yüksək səviyyədə təmsil olunmaq niyyətindədir

Türkiyədə e-ticarətlə məşğul olan demək olar ki, bütün konsernlər, şirkətlər və holdinqlər yaxın 2-3 il ərzində Azərbaycan bazarında daha yüksək səviyyədə təmsil olunmaq niyyətindədir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu e-ticarət menecerləri Dervişhan Elmacı və Orxan İsayev bu gün "WORLD ECOM EXPO" sərgisi öncəki İstanbulda keçirilən mətbuat konfransında bildiriblər.

Azərbaycan üzərindən də xüsusilə ixracat sahəsində internet vasitəsilə ticarətin daha da genişləndiriləcəyi bildirilib: "Pandemiya şərtlərindən dolayı yaranan iqtisadi və ticari maneələr bir daha sübut etdi ki, e-ticarət yaxın gələcəkdə Türkiyə və regionda əsas müraciət olunan alış-veriş növü olacaq. Hətta bununla bağlı hazırda da, Azərbaycan Dövlət İqtisad Universitetində çoxsaylı seminarlar keçirilir və geniş araşdırmalar aparılır".

Türkiyənin ilk və ən böyük elektron ticarət sərgisi - "WORLD ECOM EXPO" martın 29-31 tarixlərində Antalyada keçiriləcək. Sərgi Beynəlxalq Elektron İxrac Platforması WORLDEF tərəfindən və Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Təşkilatçılar mətbuat konfransında bildiriblər ki, "WORLD ECOM EXPO" sərgisində dünya e-ticarət sektorü üçün mühüm platforma olacaq. Qeyd olunub ki, sərgidə 35 ölkədən 1 500-ə yaxın təmsilçi iştirak edəcək. 150 milyard ABŞ dollarlıq dünya e-ticarətinə sahib olan beynəlxalq aktorlar Türkiyənin ixracatçıları və təchizatçıları ilə görüşəcək.

Bundan əlavə, təşkilatçılar dünyadakı qeyri-sabitliyin, həmçinin Rusiya-Ukrayna müharibəsinin, e-ticarətə təsirindən danışıb. Qeyd olunub ki, bir çox beynəlxalq firmaların Rusiya bazarından çıxması türk şirkətləri üçün əlverişli zəmin və fürsətlər yarada bilər.

Son xəbərlər

Orphus sistemi