Türkiyə Azərbaycandan qara kürü idxalını bərpa edib

Biznes
  • 11 yanvar, 2023
  • 06:02
Türkiyə Azərbaycandan qara kürü idxalını bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 1,21 milyon ABŞ dolları dəyərində 3,9 ton qara kürü (nərə balıqlarının kürüsü) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 17,5 % çoxdur.

Çindən 1,185 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,1 % çoxdur) 3,87 ton (+17 %) və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 23,07 min ABŞ dolları dəyərində 0,03 ton (1 illik aradan sonra idxal bərpa edilib) məhsul alınıb.

Azərbaycan hesabat dövründə 269,29 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 0,23 ton (+4,6 dəfə) qara kürü ixrac edib.

Birləşmiş Ərəb Əmirliklərinə 97,37 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 0,07 ton (+7 dəfə), ABŞ-a 64,47 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,09 ton (+4,5 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 55,82 min ABŞ dolları dəyərində (+13 dəfə) 0,03 ton (+3 dəfə), Sinqapura 16,33 min ABŞ dolları dəyərində 0,01 ton, Rusiyaya 15,74 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 14,1 min ABŞ dolları dəyərində 0,01 ton və Yeni Zelandiyaya 5,46 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapura və Yeni Zelandiyaya tədarük həyata keçirilib. Üç il 2 aylıq fasilənin ardından Türkiyə Azərbaycandan qara kürü idxalını bərpa edib.