Türkiyə Azərbaycana qoz ixracını bərpa edib
- 29 iyun, 2022
- 05:16
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 5,576 milyon ABŞ dolları dəyərində 1 min 983 ton qoz (qabıqlı və qabığı təmizlənmiş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,5 %, kəmiyyət olaraq – 3,2 % azdır.
Hesabat dövründə Ukraynadan 3,293 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 31,8 % azalıb) 769,68 ton (-56 %), Rusiyadan 1,239 milyon ABŞ dolları dəyərində (+15,7 dəfə) 947,99 ton (+15,5 dəfə), Qırğızıstandan 509,76 min ABŞ dolları dəyərində 106,2 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 327,68 min ABŞ dolları dəyərində (-26 %) 100 ton (-42 %), Çindən 119,2 min ABŞ dolları dəyərində (-38,7 %) 41,18 ton (-29,3 %) məhsul gətirilib.
Bir il 6 aylıq fasilənin ardından Türkiyədən idxal bərpa edilib. Bu ölkədən 2,33 min ABŞ dolları dəyərində 0,31 ton məhsul alınıb.