Türkiyə Azərbaycana qarğıdalı yağı ixracını 30 % artırıb

Biznes
  • 18 aprel, 2022
  • 13:06
Türkiyə Azərbaycana qarğıdalı yağı ixracını 30 % artırıb

Bu ilin ilk iki ayında Azərbaycan xaricdən 6,18 milyon ABŞ dolları dəyərində 3 min 867 ton qarğıdalı yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 7,2 %, kəmiyyət olaraq – 12,7 % azalıb.

Hesabat dövründə Argentinadan 5,4 milyon ABŞ dolları dəyərində 3 min 483 ton, Türkiyədən 379,5 min ABŞ dolları dəyərində 184,72 ton, Rusiyadan 382,04 min ABŞ dolları dəyərində 193,6 ton, İtaliyadan 11,68 min ABŞ dolları dəyərində 4,74 ton, Almaniyadan 2,71 min ABŞ dolları dəyərində 0,6 ton məhsul gətirilib.

2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə Argentinadan tədarük 7,6 % və 12,6 % azalıb, Türkiyədən – 45,6 % və 30,1 % artıb, Rusiyadan – 14,2 % və 23,6 % azalıb, İtaliyadan – 88 % və 89 % azalıb, Almaniyadan – 22 % və 25 % artıb.

44 filmi