Türkdilli ölkələr arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması təklif edilir

Türkdilli ölkələr arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması təklif edilir Türkdilli dövlətlərlə iqtisad əlaqələrin gücləndirilməsi və genişləndirilməsi pandemiya dövründə xüsusi önəm kəsb edib.
Biznes
11 Noyabr , 2021 12:56
Türkdilli ölkələr arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması təklif edilir

"Türkdilli dövlətlərlə iqtisad əlaqələrin gücləndirilməsi və genişləndirilməsi pandemiya dövründə xüsusi önəm kəsb edib".

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, heç bir ölkə təkbaşına beynəlxalq əməkdaşlıqsız, investisiya, bilik və texnologiya mübadiləsi, ticarət olmadan inkişaf edə bilməz: “Beynəlxalq ticarət əlaqələrinin inkişafı isə mütləq dayanıqlılıq, inklüzivlik və ətraf mühitin mühafizəsi prinsiplərinə söykənməlidir. Yalnız sıx əməkdaşlıq vasitəsilə dayanıqlı iqtisadi inkişafı təmin edə bilərik. Sevindirici haldır ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin yumşalması Azərbaycanda iqtisadi artımın bərpa olunmasına əlverişli zəmin yaradıb. Cari ilin doqquz ayında ölkə iqtisadiyyatı 4,8 % artıb, qeyri-neft sektorunda isə bu artım tempi 6,2 %-ə çatıb. Azərbaycanın digər ölkələrlə ticarət dövriyyəsi 25 % artıb, ixracımız 38 %, o cümlədən qeyri-neft-ixracı 42 % artıb. Bu artımın böyük hissəsi məhz türkdilli dövlətlərlə olan ticarət əlaqələrimizin genişlənməsindən irəli gəlir”.

M. Cabbarov qeyd edib ki, bu günlərdə ölkələr arasında ticarət məhdudiyyətlərin tədricən aradan qaldırılması istiqamətində müzakirələr davam etdiriləcək: "Davamlı inkişafın təməlində iqtisadi və sosial rifah durur. Bu məqsədlə mal və xidmətlərin sağlam eko-sistemdə istehsalı mühüm rol oynayır. Hesab edirik ki, dayanıqlı, yaşıl və inklüziv inkişafın təmin edilməsi prioritetləşdirilməli, bu istiqamətdə əməkdaşlığımız daha da genişləndirilməlidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dayanıqlı inkişaf istiqamətində çoxtərəfli tərəfdaşlığın koordinasiyasında mühüm rol oynamalı və bu istiqamətdə səy göstərilməlidir”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi