Turizm və Menecment Universiteti “Azeri Retail” şirkəti ilə müqavilə imzalayıb

Turizm və Menecment Universiteti “Azeri Retail” şirkəti ilə müqavilə imzalayıb Müqavilə ATMU-da istehlak sənaye-təcrübə missiyalı yeni layihə çərçivəsində imzalanıb
Biznes
12 May , 2016 20:00
Turizm və Menecment Universiteti “Azeri Retail” şirkəti ilə müqavilə imzalayıb

Bakı. 12 may. REPORT.AZ/ ATMU-da istehlak sənaye-təcrübə missiyalı yeni layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti ilə “Azeri Retail" şirkəti arasında istehsalat təcrübəsi proqramının icrasına dair müqavilə imzalanıb.

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, görüşdə çıxış edən tədris işləri üzrə prorektor Eldar Aslanov vurğulayıb ki, universitet ölkənin nüfuzlu ali məktəbləri içərisində ilklərə imza atan təhsil müəssisəsi imicini qoruyub saxlamaqda hər zaman maraqlıdır: “Universitetlə Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti arasında (AATP) həm bakalavr, həm də magistr proqramı çərçivəsində uğur qazanan ikili diplom proqramı, o cümlədən ATMU ilə “Azeri Retail”arasında bağlanacaq müqavilə şirkətdə yay tanışlıq və istehsalat təcrübəsinin təşkilində faydalı olacaq”.

“Azeri Retail” şirkətinin baş direktoru Kamran Əyyubov öz növbəsində bildirib ki, şirkətin prinsipinin əsas hədəfi ölkə miqyasında dünya keyfiyyət standartlarına uyğun, müasir texnologiyaların tətbiqidir: “Şirkətimiz təhsil və təcrübənin səmərəli əlaqələndirilməsinə xüsusi önəm verir. Bu müqavilədən sonra təcrübə müddətində ixtisaslı kadr kimi çalışmaq şansını təsdiqləyən tələbə-məzunlarınişlə təmin olunmasında problem yaşanmayaq”.

Sonda təcrübə proqramı çərçivəsində ikitərəfli müqavilə imzalanıb. İştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ilk dəfə 2010-cu ildə Avstriyanın Emsa Capital İnvestisiya Fondunun təşəbbüsü ilə yaranan “Azeri Retail” şirkəti Azərbaycanın daxili bazarında “Fresco” brendi ilə tanınır.

Son xəbərlər

Orphus sistemi