Turagentlər və hotel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib

Turagentlər və hotel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib Tədbiri Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov aparıb
Biznes
11 Aprel , 2017 15:30
Turagentlər və hotel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib
taxes.gov.az

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanda fəaliyyət göstərən turagentlər və hotel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün Vergilər Nazirliyi ilə Azərbaycan Turizm Assosiasiyasının birgə təşkil etdiyi görüş keçirilib. 

Bu barədə “Report”a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Görüşdə Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində qeydiyyatda olan 50-dək vergi ödəyicisi iştirak edib. Tədbiri Departamentin baş direktoru Nəsimi Cəfərov açıb.

Görüş iştirakçılarına vergi sistemində aparılan islahatlar, vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərin genişləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verilib. N.Cəfərovun sözlərinə görə, vergi daxilolmalarının icrası prosesində vergi orqanları daha çox nəzarət tədbirlərinə deyil, vergi ödəyiciləri ilə partnyorluq münasibətləri çərçivəsində vergilərin könüllü ödənilməsinin inkişafına nail olmağa çalışırlar: “2017-ci ildən şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə “Yaşıl dəhliz” prinsipi ilə xidmətlər göstərilir. Partnyor ödəyicilərə ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də təqdim edilir. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir”.

İntizamlı vergi ödəyicisi olmağın üstünlüklərinə toxunan N.Cəfərov Departamentin qeydiyyatında olan vergi ödəyiciləri arasında 1 turagentin və 3 hotelin şəffaf vergi partnoru statusuna malik olduğunu, daha 2 turagent və 4 hotelin bu statusu almaq üçün müraciət etdiyini və hazırda onların göstəricilərinin təhlil olunduğunu diqqətə çatdırıb.

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, eləcə də “Nağdsız hesablaşmalar haqqında” qanuna edilmiş dəyişiklikləri görüş iştirakçılarının nəzərinə çatdıran Departament direktoru turagentlərə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməli olduğunu vurğulayıb, turagentlərin və otellərin fəaliyyət sahələrinə aidiyyatı olan digər qanunvericilik aktlarında edilmiş dəyişikliklər də görüş iştirakçılarının diqqətinə çatdırıb.

Aprelin 10-dan başlayaraq 1 ay müddətində Bakı şəhərində ticarət festivalının keçirildiyi və bu festival zamanı xarici vətəndaşlarla yanaşı yerli əhali tərəfindən də müəyyən olunmuş ticarət obyektlərindən alınmış mallara görə ƏDV-ni geri ala biləcəyi barədə də görüş iştirakçılarına məlumat verilib. Nəticə etibarilə bu festivalların hotel, turagent, iaşə və digər sahələrin inkişafına da müsbət təsir göstərəcəyi qeyd olunub.

Qeyd edilib ki, “Tax free” sisteminin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla, pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixracyönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına şərait yaradır. “Tax free” sistemində ƏDV-nin qaytarılması üçün əsasən hava limanlarında xüsusi məntəqələr yaradılıb. Bu sistem ölkəyə gələn turistlər arasında böyük marağa səbəb olub.

Görüşdə Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri də çıxış ediblər. Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi