"Təmiz Şəhər": "Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır"

"Təmiz Şəhər": "Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır" Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmasına ehtiyac var.
Biznes
1 İyun , 2023 13:28
Təmiz Şəhər: Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmasına ehtiyac var.

"Report" xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bu gün keçirilən Milli Məclisin Tebii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Hazırda tullantıların idarə olunması ilə bağlı qanunvericilik keçid mərhələdədir. Müasir dövrün tələbləri və bu sahədə gedən proseslər özlüyündə tələb edir ki, sözügedən qanunvericiliyə yenidən baxaq. Sadəcə bu, bir qədər vaxt tələb edən prosesdir. Biz istəyirik ki, tullantılara artıq bir tullantı kimi yox, iqtisadi dövriyyəyə qaytarılmalı olan bir xammal kimi baxıldığı yanaşmanı ortaya qoyaq. Ümumiyyətlə beynəlxalq təcrübədə gedən tendensiyalar da belədir", - deyə M.Laçınov əlavə edib.

Son xəbərlər

Orphus sistemi