Tbilisidə “Müştəri loyallıq fazaları. Xidmətin bərpasından yaranan məmnunluq: Azərbaycan və Gürcüstan müqayisəli analiz” kitabının təqdimatı olub

Tbilisidə “Müştəri loyallıq fazaları. Xidmətin bərpasından yaranan məmnunluq: Azərbaycan və Gürcüstan müqayisəli analiz” kitabının təqdimatı olub Tbilisi. 10 mart. REPORT.AZ/ Tbilisidə SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşı, Beynəlxalq Qafqaz Universitetinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın “Müştəri loyallıq fazaları. Xidmətin bərpasından yaranan məmnunluq: Azərbaycan və Gürcüstan müqayisəli analiz” kitabının təqdimatı olub.
Biznes
10 Mart , 2018 15:09
Tbilisidə “Müştəri loyallıq fazaları. Xidmətin bərpasından yaranan məmnunluq: Azərbaycan və Gürcüstan müqayisəli analiz” kitabının təqdimatı olub
report

Tbilisi. 10 mart. REPORT.AZ/ Tbilisidə SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşı, Beynəlxalq Qafqaz Universitetinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın “Müştəri loyallıq fazaları. Xidmətin bərpasından yaranan məmnunluq: Azərbaycan və Gürcüstan müqayisəli analiz” kitabının təqdimatı olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirdə Gürcüstan parlamentinin deputatları, müxtəlif universitetlərin professor və müəllimləri, Azərbaycan səfirliyinin məsul əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar, elm adamları iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva çıxış edərək A.İsayevanın elmi araşdırmalarından danışıb, onun məqalələrinin dünyanın bir çox nüfuzlu qəzet və jurnallarında dərc olunduğunu diqqətə çatdırıb.

Beynəlxalq Qara dəniz və Beynəlxalq Qafqaz universitetlərinin professoru Kaxaber Cakeli deyib ki, kitabda dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda və Gürcüstanda iqtisadi inkişafın perspektivləri, iqtisadiyyatın ayrı-ayrı sahələrində, o cümlədən xidmət sferasında müştərilərə xidmət işinin təşkili müqayisəli təhlil olunub.

Azərbaycan səfirliyinin məsul əməkdaşı Vüqar Mustafayev və digər çıxış edənlər Aygül İsayevanın təhsildəki uğurlarından, iqtisadiyyatla bağlı müxtəlif mətbu orqanlarında dərc olunmuş monoqrafiya və məqalələrindən danışıb, kitabda xidmət sferasının təşkilinin aspektlərini şərh ediblər.

Kitabın iqtisadiyyat üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün sanballı əsər olduğu bildirilib.

A.İsayeva çıxış edərək göstərilən diqqət və qayğıya, elmi yaradıcılığına verilən yüksək qiymətə, dəstəyə görə minnətdarlığını bildirib.

İngilis dilində olan kitabın Azərbaycan, Gürcüstan və digər ölkələrin ali təhsil məktəblərinə paylanacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi