Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-ə çatıb.
Biznes
7 avqust 2023 10:18
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

Onun sözlərinə görə, "Azpal" QSC-yə də Parkın rezidenti statusu verilib.

"Şirkət Parkın ərazisində investisiya dəyəri 58,9 milyon manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradacaq və 160 nəfər işlə təmin edəcək", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi