"Sumqayıt Kimya Sənaye Parkı"nın Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edib

"Sumqayıt Kimya Sənaye Parkı"nın Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edib İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdindəki Peşə Təhsil Mərkəzi 2021/2022-ci tədris ili üçün ələbə qəbulu elan edib.
Biznes
6 Avqust , 2021 10:48
Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edib

İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdindəki Peşə Təhsil Mərkəzi 2021/2022-ci tədris ili üçün ələbə qəbulu elan edib.

"Report" xəbər verir ki, qəbul aşağıdakı ixtisaslar üzrə elan olunub.

- Torna və frezer dəzgahların operatoru;

- Proqramla idarə olunan dəzgahların operatoru;

- Sənayedə quraşdırma işləri üzrə usta;

- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;

- Avtomatika üzrə usta;

- Bitkiçilik mütəxəssisi;

- Aqroservis mütəxəssisi;

- İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;

- Veb dizayner və proqram təminatçısı;

- Qrafik dizayner.

Təhsil müddəti 1 ildir. Qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

İlkin müraciətlər Peşə Təhsil Mərkəzinin Elektron müraciət sistemi (https://bit.ly/37f2OCq) vasitəsilə aparılır.

Əlavə məlumat üçün:

Telefon: (051) 205-97-54; (051) 205-43-82

E-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi