Ştrixkodlaşdırma sistemi ilə bağlı yeni dövlət standartı qəbul edilib

Ştrixkodlaşdırma sistemi ilə bağlı yeni dövlət standartı qəbul edilib Milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, ölkə ərazisində əmtəələrə beynəlxalq unikal Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin ayrılması (GTIN) və onun əsasında tərtib edilən ştrixkodlardan düzgün istifadənin təmin edilməsi məqsədilə AZS 907-
Biznes
18 Mart , 2022 15:08
Ştrixkodlaşdırma sistemi ilə bağlı yeni dövlət standartı qəbul edilib

Milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, ölkə ərazisində əmtəələrə beynəlxalq unikal Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin ayrılması (GTIN) və onun əsasında tərtib edilən ştrixkodlardan düzgün istifadənin təmin edilməsi məqsədilə AZS 907-2022 “Avtomatik identifikasiya. Ştrixkodlaşdırma. Ümumi müddəalar. GS1 sistemində əmtəə nömrələrinin formalaşması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları” yeni dövlət standartı qəbul edilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, yeni standart lahiyəsini Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu qəbul edib, standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Standartın tətbiqi ölkədə ştrixkodlaşdırma prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsal olunan məhsulların vahid sistem üzrə identifikasiyasının təmin edilməsi və ixrac potensialının gücləndirilməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi